...Argentina Rusiyadan gələn “analıq turizmi”ni dayandırmaq üçün miqrasiya siyasətini dəyişib.
SİA xəbər verir ki,bu barədə respublikanın səfiri Enrike İqnasio Ferrer Vieyra məlumat verib.Onun sözlərinə görə, indi uşaq doğulandan dərhal sonra ölkə vətəndaşlığına müraciət etmək mümkün deyil.
2024-cü ilin fevralında Argentina hava limanında altı hamilə rus qadını saxlanıldı və immiqrasiya xidmətləri səfərin məqsədinin yalan olduğundan şübhələnərək ölkəyə girişdən imtina etdi.
Qadınlar qərardan məhkəməyə şikayət edə biliblər. Bundan əlavə, Argentina immiqrasiya xidməti uşaq doğulmaqla onları alan, lakin ölkədə yaşamayan rusların yaşayış icazələrini dayandırıb və ya ləğv edib.
Diplomat RBC-yə müsahibəsində vurğulayıb ki, Argentina və Rusiya arasında vizaların ləğvi ilə bağlı razılaşma qadınları Argentinada uşaq dünyaya gətirmək üçün deyil, mədəni və turist mübadiləsini stimullaşdırmaq məqsədi daşıyır.
Əli Babayev