AZ

NATO genişmiqyaslı əməliyyata başlayır Polşa üzərindəki insident alyansı narahat edib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Sentyabrın 10-na keçən gecə Polşanın hava məkanı pozulub. Əraziyə azı 19 pilotsuz uçuş aparatı (PUA) daxil olub, bir neçəsi vurularaq zərərsizləşdirilib. Bu, Ukrayna müharibəsi başlayandan bəri ilk belə hadisədir.

"AzPolitika" xəbər verir ki, insidentdən sonra NATO baş katibi Mark Rütte alyansın yeni genişmiqyaslı hərbi əməliyyata – “Eastern Sentry” (“Şərq keşikçisi”) – başlayacağını açıqlayıb. Əməliyyat NATO-nun şərq cinahının müdafiəsini gücləndirməyə yönələcək və müddəti məhdudlaşdırılmayıb.

Məlumata görə:

-Danimarka iki F-16 qırıcısı və freqat göndərəcək.

-Fransa üç “Rafale”, Almaniya isə dörd “Eurofighter” qırıcısı ayıracaq.

-Böyük Britaniya da qoşulacaq, detalları açıqlanmayıb.

Rütte Rusiyanı hava məkanının “misilsiz pozuntusunda” ittiham edib, Tramp isə insidentin təsadüfi ola biləcəyini istisna etməyib. Polşa və bir sıra Avropa liderləri isə bunun Moskvanın NATO-nun hava müdafiəsini sınamaq cəhdi olduğuna inanırlar.

Moskva ittihamları rədd edib və dronların Ukraynaya aid ola biləcəyini iddia edib. Fransa və Almaniya Rusiya səfirlərini XİN-ə çağırıb, məsələ BMT Təhlükəsizlik Şurasında da müzakirə olunacaq.

Polşa və Baltikyanı ölkələr sərhədlərində uçuş məhdudiyyətləri tətbiq ediblər, Polşa isə Belarusla sərhədi bağlayıb. Bu vaxt Belarus ərazisində Rusiyanın iştirakı ilə “Zapad” təlimləri başlayıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
50
azpolitika.info

10Mənbələr