AZ

İki gün sonra İran qarışa bilər

ain.az bildirir, Tribuna saytına əsaslanaraq.

Məlum olduğu kimi, sentyabrın 15-də İranda Məhsa Əmininin öldürülməsinin üçüncü ildönümü keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, üç öncə İranda ciddi aksiyalara səbəb olmuş hadisənin təkrarlanma ehtimalı var.

Belə ki, artıq İranda fəaliyyət göstərən 24 təşkilat aksiya keçirəcəyi ilə bağlı bəyanat yayıb. Dünən isə Məhsa Əmininin atası Əncümən Əmini açıqlama yayaraq, hamını küçələrə çıxmağa çağırıb. O bildirib ki, Məhsanın başına gələnlər digərlərinin də başına gələ bilər. “Ona görə də, bunun qarşısını almaq üçün meydanlara çıxmaq lazımdır”.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu il etirazçıların sayının çox olması gözlənilir. Buna səbəb də sosial-iqtisadi vəziyyətin həddindən artıq pisləşməsi, 12 günlük müharibədən sonra yaranmış yeni vəziyyətdir. Yerli ekspertlər bildirirlər ki, əgər aksiyaya çoxlu sayda insan çıxarsa, onun davamlı olacağı şübhə yaratmayacaq.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
tribunainfo.az

2Mənbələr