AZ

Azərbaycanda istehlak bazarı 5 % böyüyüb

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

 Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 51,5 milyard manat olub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Hesabat dövründə ümumi dəyərin 78,6 %-ni pərakəndə ticarət dövriyyəsi, 18 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 8 ayına nisbətən 4,9 % artaraq 49,4 milyard manat olub, onun 43,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

8 ayda bir istehlakçı orta hesabla ayda 628,4 manat və yaxud illik müqayisədə nominal ifadədə 56,8 manat çox vəsait xərcləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
10
bakivaxti.az

10Mənbələr