AZ

Bu ölkədə “Hamburger” və “dondurma” sözləri QADAĞAN olundu

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şimali Koreya lideri Kim Çen İn ölkədə “çox Qərb mənşəli” hesab olunan sözlərin istifadəsinə qadağa qoyulması barədə göstəriş verib.Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "The Sun" yayıb.Məlumata görə, Vonson kurortunda Rusiya və Çin turistləri ilə işləyən bələdçilərə Qərbdən və Cənubi Koreyadan gələn ingiliscə terminlərdən istifadə etməmək tapşırılıb.Bununla bağlı bir sıra məşhur ifadələrə alternativ adlar təklif edilib. Məsələn, “hamburger” bundan sonra "dajin-gogi gyeopppang", yəni “çörək arası ət” kimi təqdim olunacaq, “dondurma” "eseukimo" adlandırılacaq, "karaoke" aparatları isə “ekran müşayiəti maşınları” kimi tanıdılacaq.Daha əvvəl KXDR-ə səfər etmiş rusiyalı turistlər bildiriblər ki, təyyarədə onlara “Kim Çen İn reseptli burger” təqdim olunub və bu yemək “milli nailiyyət” kimi qələmə verilib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
8
bizim.media

10Mənbələr