ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Sentyabrın ilk günlərində müşahidə edilən yağıntılar və temperaturun kəskin enməsi əhali arasında narahatlıq yaradıb. Artıq bir neçə rayona qar yağıb. Eləcə də bölgələrə güclü yağış, dolu yağıb. Bəzi proqnozlara görə bu il qış tez gələcək və şaxtalı hava şəraiti uzun müddət davam edəcək.
Globalinfo.az-a danışan ekoloq Çingiz İsmayılovun sözlərinə görə, qlobal iqlim dəyişikliyi dünya üzrə müxtəlif təbii fəlakətlərin artmasına səbəb olur.
O qeyd edib ki, müxtəlif yerlərdə qasırğa, güclü qar və yağış, bəzi ölkələrdə isə quraqlıq müşahidə olunur:
“İqlim dəyişiklikləri təbii fəlakətlərin yayılmasında əsas rol oynayır. Qafqaz regionunda iqlim hadisələri xüsusilə mürəkkəbdir. Qərbdən Qara dəniz, şərqdən Xəzər dənizi, cənubda Yaxın Şərqin səhra zonası, şimalda isə soyuq hava kütlələrinin toqquşması nəticəsində gözlənilməz hava şəraiti yarana bilər. Çox isti havalar, soyuq hava və ya güclü yağışlı dövrlər sürətlə bir-birini əvəz edə bilər”.
Çingiz İsmayılov
Ekoloq deyib ki, əvvəllər temperatur dəyişiklikləri gec-gec baş verirdisə, indi iki gün ərzində 10-15 dərəcə fərq yarana bilir:
“Bu, iqlim dəyişikliyinin zamanın sıxılması kimi kəskin təsiridir. Azərbaycanın coğrafi mövqeyi də bu dəyişiklikləri gücləndirir. Quraq və yarımquraq ərazilər, dağlıq sahələr, müxtəlif temperatur və rütubətə malik hava kütlələrinin toqquşması kəskin iqlim dəyişikliklərinə şərait yaradır. Proqnoz verməkdə çətinlik çəkirəm”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.