AZ

Messi MLS-də ilk "3-lüy"ə düşmədi

“Transfermarkt” MLS-də çıxış edən oyunçuların bazar dəyəri ilə bağlı yenilənmiş məlumatları dərc edib. 

Fanat.Az xəbər verir ki, üç oyunçu eyni anda reytinqin lideri oldu: "Los-Angeles Qalaksi"nin yarımmüdafiəçisi Riki Puç, "İnter Mayami"nin yarımmüdafiəçisi Rodriqo De Paul və "Los-Angeles"in forvardı Son Hın Min. 

Onların hər biri 20 milyon avro dəyərində qiymətləndirilir.

Liqanın ən bahalı oyunçularının "5-liy"i isə belədir: 

Riki Puç ("Los-Angeles Qalaksi") - 20 milyon avro
Rodriqo De Paul ("İnter Mayami") - 20 milyon avro
Son Hın Min ("Los-Angeles") - 20 milyon avro
Emmanuel Latte Lat ("Atlanta") - 18 milyon avro 
Lionel Messi ("İnter Mayami") - 18 milyon avro

Seçilən
48
1
fanat.az

2Mənbələr