AZ

Toy karvanında avtoşluq edənlər saxlanıldı

Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan şəxslər saxlanılıb.

Axar.az xəbər verir ki, "Şevrolet" markalı avtomobilin sürücüsü Daşqın Həsənov, "Jaguar" markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, "Renault" markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və "Kia" markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Seçilən
51
30
axar.az

10Mənbələr