Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınmasahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaşməmnuniyyətinin artırılması məqsədilə daha iki müntəzəm marşrutüzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.
AYNA-dan Trend-ə bildirilib ki, 157 və 503 nömrəli marşrutlarüzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – "BusTrans"MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiqolaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi iləəlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 AZN,Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70AZN təşkil edəcək.
Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasındahəyata keçiriləcək.