AZ

Mənzil bazarı OD TUTUB YANIR: Üçotaqlı təmirsiz mənzil 400-500 minə... VİDEO

Son vaxtlar daşınmaz əmlak bazarında qiymətlər xeyli artıb. Ən çox da kirayə mənzillərdə bu artım özünü göstərir – artıq ən aşağı qiymət 450-500 manat aralığındadır.

Yeni dərs ili ilə əlaqədar bölgələrdən paytaxta böyük axın müşahidə olunur və valideynlər deyirlər ki, Bakıda, həmçinin şəhərətrafı ərazilərdə münasib qiymətə ev tapmaq çox çətindir. Digər tərəfdən, ipoteka yolu ilə ev almaq da asan deyil. Şərtlərin ağır olması və şəhərin mərkəzində mənzilin bir kvadratının 4-5 min manatdan başlaması bu imkanın yalnız varlılara hesablandığı barədə narazılıqlar yaradıb.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "TV Müsavat"ın qonağı olub, evlərin qiyməti ilə bağlı yaxın gələcək üçün proqnozlarını verib, mövzu ilə bağlı ətraflı danışıb.

Musavat.com həmin videomaterialı təqdim edir.

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr