AZ

Rusiya Azərbaycandan elektrik enerjisi alışını 35%-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya təqribən 68,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 3 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 4,5 milyon kVt/saat və ya 7,1%, dəyər ifadəsi ilə 767 min ABŞ dolları, yaxud 34,7% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində Rusiyadan Azərbaycana 1,8 milyon ABŞ dolları dəyərində, 50,5 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

 

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 176 min ABŞ dolları və ya 11,1% çox, həcm ifadəsində isə 4,5 milyon kVt/saat və ya 8,2% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 41,6 milyon ABŞ dolları dəyərində, 737,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 91,7 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Seçilən
13
7
day.az

10Mənbələr