AZ

Fransa və Əlcəzair: Müstəqillikdən bəri ən böyük böhran

İki ölkə

arasında diplomatik çəkişmə uzanır, münasibətlər pisləşir

Fransa

hökumətindəki mənbələr Euronews telekanalına bildiriblər ki, Paris və Əlcəzair

arasında münaqişə keçmiş Fransa koloniyası 1962-ci ildə müstəqillik qazandıqdan

sonra "ən böyük diplomatik böhrana" çevrilib.

Keçən il

alovlanan Qərbi Sahara ərazisinin suverenliyi ilə bağlı mübahisələrdən

qaynaqlanan münaqişə Əlcəzair məhkəməsinin yazıçı Bualem Sansal və fransız

jurnalist Kristof Gleyzi həbs cəzasına məhkum etməsindən sonra daha da

pisləşib.

O vaxtdan

bəri vəziyyət daha da gərginləşib, hər iki ölkə diplomatların qovulduğunu elan

edib.

Avqust

ayında Fransa Prezidenti Emmanuel Makron Əlcəzair diplomatları və hökumət

rəsmiləri üçün daha sərt viza tələblərini tələb edərək, 2013-cü ildə imzalanmış

ikitərəfli razılaşmanı "artan miqrasiya çətinlikləri" səbəbilə

dayandırıb.

Bundan sonta

mübahisə Fransa sərhədlərindən kənara çıxıb: Daxili işlər naziri Bruno Retayyo

Şengen tərəfdaşlarına yeni məhdudiyyətlər barədə məlumat verərək, əlcəzairli

diplomatın İspaniyaya tətilə buraxılmamasına səbəb olub.

Oksford

Universitetinin Şimali Afrika tarixi professoru Ceyms Makduqal Euronews-a deyib

ki, bütün əlcəzairlilərə Fransaya vizasız giriş imkanı verən müstəqillik

müqaviləsi nəzərə alınmaqla, Əlcəzair diplomatlarının viza almalı olması

“utancverici və alçaldıcıdır”.

Paris və

Əlcəzair arasındakı gərgin münasibətlər Fransanın Şimali Afrikadakı

müstəmləkəçiliyinin birbaşa nəticəsidir.

Məsələ ilə

yaxından tanış olan keçmiş yüksək rütbəli fransız diplomat bildirib ki,

münasibətlər mürəkkəbdir, çünki keçmişi, tarixi, həm də gələcəyi nəzərə almaq

lazımdır.

Əlcəzairin

60 il əvvəl yüz minlərlə insanın ölümünə səbəb olan səkkizillik müstəqillik

müharibəsi və fransızların 130 ildən çox nəzarət etdikləri ölkədən qaçması hələ

də diplomatik döyüşlərdə əks-sədasını verir.

Müstəqillik

əldə etdikdən sonra Əlcəzair anti-müstəmləkəçilik və müstəqillik hərəkatlarının

mərkəzinə çevrilib. Bu gün Əlcəzair küçələrində Fələstin Azadlıq Təşkilatının

(FAT) və Qərbi Sahara müqavimət hərəkatı olan Polisario Cəbhəsinin ofislərini

görmək olar.

Qlobal

Məsələlər üzrə Yaxın Şərq Şurasının politoloqu və proqram direktoru Dalia

Ganemin izah etdiyi kimi, bu hərəkatları dəstəkləmək “milli psixikada dərin kök

salan və Əlcəzairin regional mövqeyini və ittifaqlarını formalaşdıran

fundamental məsələ” olaraq qalır.

2017-ci ildə

seçki kampaniyası zamanı yeni “siyasi autsayder” Emmanuel Makron Fransanın

Əlcəzairdə törətdiyi insanlığa qarşı cinayətlər haqqında danışaraq, məsuliyyət

və daha isti münasibətlərin yeni dövrünü vəd edib.

İki il sonra

milyonlarla əlcəzairli siyasi dəyişiklik tələbi ilə Afrikanın ən böyük

ölkəsində küçələrə çıxıb va yeni prezident seçilib.

Əbdülməcid

Tebbun ittihamlara cavab verərək, tarixi saxtalaşdırmağın yolverilməz olduğunu

deyib və əlavə edib ki, Fransa lideri "tamamilə mənasız bir şəkildə köhnə

münaqişəni canlandırıb".

Əlcəzair

səfirini geri çağırıb və Saheldə "terrorla mübarizə əməliyyatları"

daxil olmaqla, öz hava məkanını müvəqqəti olaraq Fransız təyyarələri üçün

bağlayıb.

İndi, son

mübahisədən sonra hər iki tərəfdə ən yüksək səslər barışıqdan daha çox

eskalasiyaya çağırır.

Məsələn

fransalı sabiq diplomat deyir: "Əlcəzair ancaq gücü başa düşür. Odur ki,

onların kürəyini sığallamaq və dost olduğumuzu söyləmək əbəsdir".

Əlcəzair

tərəfində də nə hökumət, nə də əhali güzəştə getmək niyyətində deyil.

Məşhur

Əlcəzair yazıçısı Kamal Davudun bu yaxınlarda qeyd etdiyi kimi: “Mən hər dəfə

gənc əlcəzairliləri görəndə bir daha əmin oluram ki, onlar Fransaya

müstəmləkəçilikdən əziyyət çəkən valideynlərimdən daha çox nifrət edirlər”.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

Seçilən
61
azerbaijan-news.az

1Mənbələr