AZ

Türkiyədə korrupsiya istintaqı çərçivəsində 48 nəfər saxlanılıb

Türkiyə prokurorluğu korrupsiya işlərinin araşdırılması ilə bağlı İstanbulun Bayrampaşa rayonunun bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasından olan Həsən Mutlu da daxil olmaqla, 48 nəfərin saxlanılması barədə sərəncam verib.

Bu barədə Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

 

Bu gün səhər saatlarında polis vəsaitlərin mənimsənilməsi, rüşvət alma və tenderlərin keçirilməsi zamanı manipulyasiyalarda şübhəli bilinən şəxslərin saxlanılması və sənədlərin götürülməsi üçün 72 ünvanda əməliyyat keçirib.

Əməliyyatın gedişində Bayrampaşa rayonunun bələdiyyə sədri polis tərəfindən saxlanılıb.

Seçilən
27
3
day.az

4Mənbələr