AZ

Azərbaycanda marqarin istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 25 min 643,4 ton duru bitki yağları istehsal edilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 31 min 653,5ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur.

Sentyabrın 1-nə ölkədə 2 min 432,6 ton duru bitki yağı, 3 min 252,4 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 13,2 % və 18,1 % azdır.

Seçilən
31
8
publika.az

10Mənbələr