Bakı. Trend:
Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilinmüxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.
Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, 2025-2026-cı tədris ilindərespublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyonşagirdin təhsil alacağı gözlənilir.
Qeyd edilib ki, onlardan təxminən 130 mindən çoxu birinci sinif,160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.
"Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minəyaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatəedəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsilmüəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya vəSuverenlik İli” mövzusuna həsr olunacaq.
Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına,dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissiningücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin,suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızınqət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərininartırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıqideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyinmöhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır", - nazirlikdənvurğulanıb.