AZ

Rus qadınlar doğmaq üçün Argentinaya axışırdı - qadağan edildi! 

Argentina hökuməti son illərdə sürətlə artan “doğum turizmi”nə qarşı sərt tədbirlər görüb.

Musavat.com-un xəbərinə görə, ölkənin Rusiyadakı səfiri Enrike İqnasiо Ferrer Vieyra bildirib ki, artıq rusiyalı qadınlar Argentinaya yalnız pasport almaq məqsədilə doğmaq üçün gələ bilməyəcəklər.

Məlumdur ki, Argentina pasportu təxminən 170 ölkəyə vizasız giriş imkanı yaradır. Bu səbəbdən minlərlə rus qadını hamilə halda Argentinaya yollanaraq uşaqlarını burada dünyaya gətirirdi. Körpələr avtomatik olaraq Argentina vətəndaşlığı alır, valideynlər isə vətəndaşlıq üçün müraciət edirdilər.

Yeni qaydalara əsasən, artıq uşağın doğulmasından dərhal sonra vətəndaşlıq üçün müraciət etmək mümkün olmayacaq. Bunun üçün valideynlərin ölkədə rəsmi şəkildə ən azı iki il yaşaması tələb olunacaq.

Səfir qeyd edib ki, Rusiya ilə vizaların ləğvi mədəni və turistik mübadiləni stimullaşdırmaq məqsədilə edilmişdi, amma Argentinaya sərhəddə qarınlarını gizlədərək gələn rus qadınları üçün yox.

Qərarın Buenos-Ayresin Rusiyadan gələn miqrasiya axınına qarşı kəskin cavabı olduğu bildirilir.

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr