AZ

Azərbaycanda istehlak bazarı 5 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 51,5 milyard manat olub.

Sitat.info bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Hesabat dövründə ümumi dəyərin 78,6 %-ni pərakəndə ticarət dövriyyəsi, 18 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 8 ayına nisbətən 4,9 % artaraq 49,4 milyard manat olub, onun 43,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

8 ayda bir istehlakçı orta hesabla ayda 628,4 manat və yaxud illik müqayisədə nominal ifadədə 56,8 manat çox vəsait xərcləyib.

Seçilən
4
10
sitat.info

10Mənbələr