AZ

NATO şərq cinahında müdafiəni gücləndirir

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Polşanın hava məkanının Rusiya tərəfindən pozulmasından sonra o və müttəfiq ölkələr “Şərq keşikçisi” adlı yeni təşəbbüslə çıxış ediblər.

Busaat.az xəbər verir ki, Rutte Brüsseldəki qərargahda Avropa Müttəfiqlərinin Ali Baş Komandanı (SACEUR) general Aleksus Qrinkeviç ilə birgə mətbuat konfransı keçirib.

Rutte bildirib ki, NATO və Polşa hava hücumundan müdafiə sistemləri sentyabrın 9-dan 10-na keçən gecə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanına daxil olmasına cavab verib. O, qeyd edib:

“Baş verənlər tək bir hadisə deyildi. Rusiyanın şərq cinahımıza hava hücumlarında ehtiyatsızlığı getdikcə artır. Rumıniya, Estoniya, Latviya və Litvada PUA-ların hava məkanımızı pozduğunu gördük. İstər qəsdən, istərsə də istəmədən bu, təhlükəli və qəbuledilməzdir”.

Rutte vurğulayıb ki, NATO təsis müqaviləsinin 4-cü maddəsinə əsasən, məsləhətləşmələr tələbindən sonra ertəsi gün müttəfiq ölkələrlə insidenti müzakirə edib. Onun sözlərinə görə, NATO şərq cinahındakı mövqeyini daha da gücləndirmək üçün “Şərq Keşikçi”liyinə start verib. Yaxın günlərdə başlayacaq bu hərbi fəaliyyətə müttəfiqlərin müxtəlif elementləri, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya, Almaniya və digərləri daxil olacaq.

Yeganə

Seçilən
73
19
busaat.az

10Mənbələr