“Polesye”nin yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna çempionatını tərk edir.
Sfera.az xəbər verir ki, o, karyerasını Azərbaycan Premyer Liqasında, “Sumqayıt”da davam etdirəcək. Bu barədə jurnalist İqor Burbas məlumat yayıb.
Tərəflər ölkəmizdə transfer pəncərəsi bağlanmamış keçidi rəsmiləşdiriblər. Futbolçu artıq Azərbaycana yola düşüb.
23 yaşlı futbolçu azərbaycanlı olsa da, Ukraynada doğulub və karyerasına orada başlayıb. Emil Ukrayna millisindən təklif alsa da, seçimini Azərbaycandan yana edib. Mustafayev U-21 millisində 3, əsas yığmada isə 5 oyunda meydana çıxıb.
Qeyd edək ki, Emil daha əvvəl "Qarabağ" və "Neftçi"dən sərfəli təkliflər alsa da, Avropada oynamaq istədiyini bildirərək rədd cavabı verib.