AZ

Ermənistan artıq Rusiyanın "kiçik qardaşı" deyil

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Son dörd il ərzində Ermənistan öz məqsədinə nail olub və bu gün Ermənistala Rusiya arasında "həqiqətən tərəfdaşlıq münasibətləri"dir.

Bunu Prezident Vahaqn Xaçaturyan RTVI kanalına xüsusi müsahibəsində bildirib.

"Hazırda Rusiya ilə münasibətlər tamamilə fərqlidir - tərəfdaşlıq münasibətləri, həqiqətən tərəfdaşlıq münasibətləridir. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Bizim son dörd ildə əldə etməyə çalışdığımız şey", o deryib.

Prezidentin sözlərinə görə, Yerevan istəyir ki, "rusiyalı həmkarları Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alsınlar".

"Ermənistan hökuməti Ermənistan sakinləri üçün, Ermənistan Respublikasının rifahı, firavanlığı və s. üçün çalışır. Bunun üçün Ermənistan hökuməti, hakimiyyəti kiminlə, necə ticarət etmək, necə işləmək, necə diplomatik əlaqələr qurmağına özü qərar verməlidir".

O, Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılı olduğunu etiraf edib, lakin Rusiyanın da "iqtisadi cəhətdən Ermənistandan asılı olduğu"nu bildirib.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
50
bbc.com

1Mənbələr