AZ

Nepalda komendant saatı ləğv edildi

Nepal hakimiyyəti ölkədə kütləvi iğtişaşlar səbəbindən tətbiq olunan komendant saatını ləğv edib.

Doğru.az xəbər verir ki, bu barədə The Himalayan Times qəzeti məlumat yayıb. Bildirilir ki, hökumət ümummilli komendant saatını və qadağanedici əmrləri ləğv edib.

Xatırladaq ki, bir müddət əvvəl Nepalın keçmiş baş hakimi Suşila Karki müvəqqəti hökumətin başçısı təyin olunub.

Khabarhub nəşri yazır ki, ölkədə baş verən iğtişaşlar nəticəsində infrastruktura dəymiş ziyanın həcmi 1,4 milyard dollardan çoxdur.

DOĞRU.AZ

Seçilən
24
dogru.az

1Mənbələr