13 sentyabr 2025-ci il tarixində Azərbaycan RespublikasıAudiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "SpaceTV" kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirəedilmişdir.
Belə ki, 11 sentyabr 2025-ci il tarixində kanalın efirində08.00-09.30 arası yayımlanan "Xəbərin izində" proqramının aparıcısıSəidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı başvermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərhedilərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrətçıxışlarına yol verilməməlidir) maddələrinin tələbləripozulmuşdur.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlilişöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrıseçkiliyin təbliği vənifrət çıxışı kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlarauyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən dəpozuntu faktı kimi təsdiq olunmuşdur.
Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqıaparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənintörədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməzfikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etikprinsiplərinə məhəl qoymadan emosional formada cinayətintəfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hərhansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətintörədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməzolduğunu bildirmişlər.
"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışınınzorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsiməhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu vənifrət nitqi halları biruzə vermişdir. Qeyd olunanları nəzərəalaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci iltarixində həmin proqramın yayımı zamanından başlayaraq6 saat müddətində (saat 08.00-dan 14.00-dək)"Space TV" kanalının yayımının dayandırılması haqqında yekdillikləqərar qəbul etmişlər.
Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızıtərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyənzorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkəhesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləmiş,bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqldan uzaq birhərəkət kimi qiymətləndirmişlər.
Audiovizual Şura bir daha, bütün yayımçılardan yayımı zamanıqanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunmasınıtələb edir və bu istiqamətdə redaksiya heyəti ilə, xusüsən dəaparıcılar ilə izahedici işin aparılmasını ciddi tövsiyə edir.