AZ

“Sonsuz qardaşlıq – IV” təlimi uğurla davam edir

Ölkəmizdə Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi davam edir.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə əməliyyatların keçirilməsi, qarşılıqlı fəaliyyətin təşkili, təcrübə mübadiləsi və zərurət yarandıqda birgə əməliyyatları aparmaq bacarıqlarının inkişaf etdirilməsidir.

Çoxmillətli təlim çərçivəsində xüsusi təyinatlı bölmələr atəş, paraşüt, snayper hazırlığı, həmçinin yaşayış məntəqələrinin düşməndən təmizlənməsi mövzularında tapşırıqları icra edirlər.

Hazırlıq mərhələsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı iştirakçılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

DOĞRU.AZ

Seçilən
33
6
dogru.az

10Mənbələr