Xocalı rayonunun Seyidbəyli kəndinin sakini Rasim Ələkbərov Türk yurdu olan kəndlərinə qayıtdığına çox sevindiyini və bundan sonra kəndin adını daim yaşadacaqlarını deyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Rasim Ələkbərov xatırladıb ki, ötən əsrin 90-cı illərində kənd təkcə işğala məruz qalmamışdı, onun adı da dəyişdirilmişdi və işğalçılar ümumilikdə tarixi izləri silməyə çalışmışdılar.
"Ermənilər təkcə torpağımızı işğal etməmişdi. Həmdə qədim yurd yerlərimizin adını belə işğal etmişdilər. Qarabağda, xüsusilə də Xocalıda olan yer adlarımız erməniləşdirilmişdi. Bizim kəndin də adını dəyişməyə cəhd eləmidilər. Çox şükürlər olsun ki, bu gün doğma ocağımıza, isti yuvamıza, elə yurdumuzun öz adı altında qayıdırırq. Kəndimiz qədim Türk yurdudur. Bu gün çox sevindiricidir ki, öz yurdumuza qayıdaraq kəndimizin adını daim yaşadacağıq".
Qeyd edək ki, "Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.