AZ

Maşın qarajdan çıxmadan cərimələndi - Bu necəmümkündür?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin anası Elnurə Emreli qanunsuz şəkildə cərimələndiyini iddia edib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda paylaşım edən E.Emrelinin sözlərinə görə, avtomobili qarajda olduğu halda ona inzibati cərimə tətbiq olunub.

O, telefonuna gələn bildirişi izləyiciləri ilə bölüşərək bunları yazıb: “Maşın bu gün qarajdan çıxmayıb. Bu necə mümkündür, bilən var?”

Mesajda qeyd olunub ki, Elnurə Emreli dayanma və durma qaydalarını pozduğuna görə 20 manat məbləğində cərimələnib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. AYNA-dan müraciətimizə cavab olaraq bildirildi: “Parklanma ilə bağlı vətəndaşlar yaranan suallarla və üzləşdiyi çətinliklərlə bağlı AYNA-ya müraciət edə bilərlər. Çağrı Mərkəzi və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət etmək mümkündür. Qanunsuz cərimə iddiası ilə bağlı müraciətləri vətəndaşlar “141” Çağrı Mərkəzinə zəng vuraraq bildirə bilərlər. Araşdırmanın nəticəsi bilavasitə vətəndaşların özlərinə təqdim olunur”.

Məlumat üçün bildirək ki, bəzi hallarda cərimə bildirişləri sürücülərə bir neçə saat, hətta bəzən bir gün sonra gəlir. 

 


Seçilən
15
2
redaktor.az

3Mənbələr