AZ

Nepalda müvəqqəti baş nazir onlayn seçilib

Sosial media qadağalarına qarşı keçirilən etirazlardan sonra Suşila Karki Nepalın ilk qadın baş naziri oldu.

"Cebheinfo.az" xəbər verir ki, Nepalda sosial media qadağaları və həyatın bahalaşmasına qarşı başlanan etirazlar hökumətin devrilməsinə səbəb oldu. Yeni baş nazir isə “Discord” platformasında keçirilən toplantıda seçildi.

Keçmiş baş nazir Şarma Olinin “Facebook”, “Instagram”, “WhatsApp”, “YouTube” və “X” kimi platformaları qadağan etmə cəhdi ölkə miqyasında böyük etirazlara səbəb oldu. Etirazların genişlənməsi ilə Oli və kabinet üzvləri istefa verdilər.

Ordunun ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, gənclər “Hami Nepal” adlı vətəndaş qrupunun yaratdığı “Discord” serverində bir araya gəldi.

100 mindən çox iştirakçı namizədlərlə onlayn görüşlər keçirdi. Səsvermə nəticəsində korrupsiyaya qarşı sərt mövqeyi ilə tanınan keçmiş Ali Məhkəmə sədri Suşila Karki müvəqqəti baş nazir seçildi.

Prezident Paudelin iştirakı ilə and içən 73 yaşlı Karki Nepal tarixində ilk qadın baş nazir oldu. Karkiyə ölkəni 6 ay ərzində seçkilərə aparmaq səlahiyyəti verildi.

İlk kabinet toplantısında parlamentin buraxılması məsələsinin gündəmə gələcəyi gözlənilir.

Xatırladaq ki, 2016-cı ildə Ali Məhkəmə sədrliyinə gətirilən ilk qadın olan Karki “korrupsiyaya qarşı sıfır tolerantlıq” yanaşması ilə tanınır.

Vəzifəyə başlamasından sonra məhdud sayda kabinet üzvlərinin açıqlanması gözlənilir.

Nepal Səhiyyə Nazirliyinin məlumatına görə, hökuməti devirmək məqsədilə küçələrə çıxan Z nəsli etirazlarında ən azı 51 nəfər həyatını itirib, 1368 nəfər yaralanıb.

Seçilən
50
cebheinfo.az

1Mənbələr