AZ

Azərbaycan Türkiyədən avqustda elektrik məhsulları idxalına çəkdiyi xərci 26 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 145,562 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

Türkiyə İxracatçılar Məclisinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Təkcə avqustda Türkiyə Azərbaycana 28,243 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,7 % çoxdur.

8 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 6,2 % artaraq 11,38 milyard ABŞ dollarına, avqust ayında isə 1,1 % artaraq 1,492 milyard ABŞ dollarına çatıb.

MənbəREPORT
Seçilən
31
banker.az

1Mənbələr