ABŞ xüsusi elçisi Kit Kelloq bildirib ki, Prezident Donald Tramp Ukraynadakı müharibəni sona çatdırmaq niyyətində qətiyyətlidir.
Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
O qeyd edib:
“Mənim üçün böyük şərəfdir ki, Ukrayna Veteranlar İşləri Naziri Natalya Kalmykova və onun komandası ilə görüşdüm. Onun vətən uğrunda böyük fədakarlıqlar etmiş insanların dəstəklənməsinə sadiqliyi ilhamvericidir. Prezident Tramp missiyasında qətiyyətlidir – müharibəyə son qoymaq və Ukrayna qəhrəmanları üçün parlaq gələcək təmin etmək.”
Xəbərdə vurğulanır ki, Tramp administrasiyası Ukrayna məsələsində diplomatik və hərbi addımları sürətləndirərək sülh prosesini dəstəkləməyə davam edir.
Musavat.com