İngiltərənin “Mançester Siti” klubu gənc futbolçusu Riko Lyuislə müqavilənin müddətini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə bağlanan yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2028-ci ilin iyununadək qüvvədə idi.
“Mançester Siti”nin yetirməsi olan Lyuis əsas komandada 2022-ci ildən çıxış edir. O, 2024/2025 mövsümündə bütün turnirlərdə iştirak etdiyi 44 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.