AZ

İtaliyada məşğulluq səviyyəsi yüksəlib

Roma, 13 sentyabr, AZƏRTAC

Cari ilin ikinci rübündə İtaliyada iqtisadi fəal əhalinin sayı əvvəlki rübə görə 0,2 faiz, illik müqayisədə isə 1,7 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 24 milyon 169 min nəfəri ötüb. Keçən ilin ikinci rübü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 226 min nəfər artıb. 15-64 yaş arasında məşğulluq səviyyəsi 62,6 faiz təşkil edib. Cənubi İtaliyada isə məşğulluq səviyyəsi son 21 ildə ilk dəfə olaraq 50 faizi ötüb.

Ötən rüb işsizlik səviyyəsi 6,3 faiz təşkil edib, 2024-cü ilin ikinci rübü ilə müqayisədə 0,1 faiz azalıb. İşsizlərin sayı isə il ərzində 9 min nəfər azalaraq 1 milyon 623 min nəfər təşkil edib.

Baş nazir Ciorcia Meloni bildirib ki, ISTAT-ın məlumatları 2004-cü ildən bəri Cənubi İtaliyada məşğul olan insanların ən yüksək sayını təsdiqləyir.

“Biz doğru yoldayıq və nəhayət, hər kəsin bərabər imkanlara malik olduğu bir İtaliya qurmaq üçün bu yolu izləməyə davam edəcəyik”, - deyə Ciorcia Meloni qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Seçilən
7
1
azertag.az

2Mənbələr