AZ

Qızılağac Milli Parkında yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

 

Bu barədə FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Yanğın nəticəsində 10 ha sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb.

 

Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.

 

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.

 

Tarix: 13 Sentyabr 2025, 12:15   
Seçilən
72
21
pravda.az

10Mənbələr