AZ

ASELSAN-ın SMASH 200/30 silah sistemi Sloveniya HDQ-nin patrul katerinə inteqrasiya olunacaq

Sloveniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Triglav” patrul katerinə inteqrasiya olunacaq SMASH 200/30 uzaqdan idarə edilən stabilizə silah sisteminin zavod qəbul sınaqları tamamlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin aylıq bülletenində məlumat dərc olunub.

Məlumatda bildirilib ki, SMASH 200/30 silah sistemi şirkətin Sloveniyaya etdiyi ilk ixracdır və bununla müvafiq bölgədə ASELSAN sistemlərinə dair fəaliyyətlərin miqyasının artırılması hədəflənir.

ASELSAN tərəfindən hazırlanmış, unikal dizayna malik SMASH 200/30 uzaqdan idarə edilən stabilizə silah sistemi yüksək zərbə performansı təqdim edir. SMASH 200/30 etibarlılığı, müxtəlif platformalara uyğunluğu və istifadəsinin asanlığı sayəsində fərqli coğrafiyalardakı son istifadəçilər tərəfindən seçilir.

SMASH 200/30, 30 mm-lik silah sistemi, yüksək dəqiqlikli stabilizasiya xüsusiyyəti, daxili TV və termal kameralarla avtomatik hədəf izləmə funksiyası, eyni anda sistemə iki müxtəlif tip mərminin yüklənə bilməsi çevikliyi, gəmi sensorlarına inteqrasiya oluna bilməsi, effektiv atəş performansı və inkişaf etmiş istifadəçi interfeysi sayəsində assimmetrik təhdidlərə qarşı effektiv şəkildə istifadə olunur.

Seçilən
69
poliqon.az

1Mənbələr