BAKI, 13 sentyabr. TELEQRAF
ABŞ Ticarət Nazirliyi sentyabrın 16-dan etibarən Rusiyadan, Türkiyədən, Hindistandan, İrandan, Pakistandan, Çindən, Belarusdan, Sinqapurdən, Tayvandan və BƏƏ-dən olan bir sıra şirkətlərə sanksiya tətbiq edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi açıqlamada bildirilir.
Bildirilir ki, bu şirkətlərin fəaliyyəti ABŞ milli təhlükəsizliyi maraqlarına ziddir.
Qeyd olunur ki, sanksiyalara məruz qalan şirkətlər Rusiyanın hərbi-sənaye sektoruna məhsul tədarük etmiş və ABŞ-nin müvafiq icazəsi olmadan göndərişlər həyata keçirmişlər.