AZ

Mərkəzi Nəbatat Bağında təlim keçirildi

Bakı. Trend:

Yenidənqurma və genişləndirmə işlərindən sonra 2024-cü ilinsonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanınaçılışında iştirakı etdiyi Mərkəzi Nəbatat Bağı ziyarətçilərinrahatlığı ilə yanaşı, təhlükəsizlik və qorunma məsələlərinə dədiqqət yetirir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publikhüquqi şəxs - Mərkəzi Nəbatat Bağının təşəbbüsü ilə FövqəladəHallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət YanğındanMühafizə xidmətləri ilə birgə yanğın-taktiki təlim keçirilib.Təlimin məqsədi yanğın zamanı qarşılıqlı fəaliyyətintəkmilləşdirilməsi, şəxsi heyətin bacarıqlarının artırılması və Bağəməkdaşlarının ilkin davranış qaydaları ilə bağlı bilikləriningücləndirilməsi olub.

Təlim planına uyğun olaraq, baş vermiş şərti yanğın yerinəoperativ şəkildə çatan yanğından mühafizə bölmələri Bağınəməkdaşları ilə birgə təxliyə, kəşfiyyat və yanğının söndürülməsiəməliyyatını icra ediblər.

Təlimdən sonra FHN əməkdaşları işçilərə yanğınsöndürməvasitələrindən istifadə qaydalarını izah ediblər.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlıxüsusi proqram hazırlanır və sözügedən proqramda inkişafa dairbütün məsələlər öz əksini tapacaq.

Seçilən
38
12
az.trend.az

10Mənbələr