1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raketi ilə zərbə endirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bunu "Ənsar Allah"ın mətbuat katibi Yəhya Sariya "Al Masirah" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Fələstin-2" hipersəs ballistik raketi Yafo rayonundakı bir neçə hədəfi vurub.