
Bakıda 170 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər xəsarət alıb.Trend-in məlumatına görə, qəza minik avtomobilinin qəfil avtobusun qarşısına çıxması nəticəsində baş verib.Avtobus 25–30 km/saat sürətlə hərəkət edirdi. Onun qarşısında hərəkət edən minik avtomobili qəfil manevr edərək kəskin əyləc basıb. Toqquşmadan yayınmaq üçün avtobus sürücüsü qəfil sağa döndüyündən, avtobus beton bordyura çırpılıb.Hadisə nəticəsində bir neçə sərnişin yıxılaraq xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 9 nəfər (7 kişi və 2 qadın) hospitalizasiya olunub. Onlara müxtəlif dərəcəli xəsarətlər, sınıqlar və çıxıqlar diaqnozu qoyulub. Ulusum.az
Diqqət Çəkənlər
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Şokoladların içindən gözlənilməz tapıntı: qızıl çıxdı - VİDEO