AZ

“Titanik” sərnişinləri xilas ola bilərmiş - 1500 insanın talehi ondan asılı olub...

1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq batan məşhur "Titanik" gəmisinin sərnişinləri əslində xilas ola bilərmiş.

Milli.Az xəbər verir ki,  bu barədə London Universitet Kollecində tarix ixtisası üzrə təhsil almış, hazırda isə komediyaçı kimi tanınan Pol Koulter "Mirror" nəşrinə danışıb.

Onun sözlərinə görə, faciə gecəsi "Titanik"dən cəmi 13 kilometr məsafədə başqa bir gəmi - "Kaliforniya" üzürmüş. "Titanik" heyəti radio siqnalları, morze işarələri və hətta qayıq vasitəsilə əlaqə yaratmağa çalışsa da, həmin gəmidən heç bir cavab verilməyib.

Tarixçi bildirib ki, buna səbəb "Kaliforniya"nın kapitanının yatması olub:

"O, iki dəfə oyadılıb göyə buraxılan siqnal raketləri barədə xəbərdar edilsə də, kabinəsindən çıxmayıb və baş verənləri yoxlamaq istəməyib" .

Xatırladaq ki, "Titanik" 1912-ci il, 15 aprel gecəsi aysberqlə toqquşaraq batıb. Nəticədə 1496 nəfər həlak olub, yalnız 712 nəfər sağ qalıb. Məlumata görə, faciədən bir gün əvvəl "Titanik" Atlantikanı keçən yeddi fərqli gəmidən aysberq təhlükəsi barədə xəbərdarlıqlar almışdı. Buna baxmayaraq, qarşıya çıxan buz kütləsindən yayınmaq mümkün olmayıb.

Milli.Az

Seçilən
37
milli.az

1Mənbələr