AZ

Bu universitetdə müəllimlərə əlavələr veriləcək

Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb.Metbuat.az ATU-ya istinadən bildirir ki, İnsan resurslarının idarə olunması sahəsində innovativ yanaşmaya əsaslanan bu qərar ATU-nun 12 sentyabr 2025-ci il tarixində keçirilən Elmi Şura iclasında qəbul olunub. Yeni sistemə əsasən pedaqoji heyətin fəaliyyət göstəriciləri nəzərə alınmaqla əməkhaqlarına xüsusi əlavələr ediləcək.

Bu, universitetdə tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin genişləndirilməsi və müəllimlərin peşəkarlığının daha da yüksəldilməsinə xidmət edəcək.

Seçilən
18
1
metbuat.az

10Mənbələr