AZ

Lənkəranda gənclərlə “Zərərli ideologiyalar: Yayılma yolları və müdafiə strategiyaları” mövzusunda tədbir keçirildi    

“Tarix ideoloji cəbhədə” layihəsi çərçivəsində Lənkəran şəhərində gənclərlə “Zərərli ideologiyalar: Yayılma yolları və müdafiə strategiyaları” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə çıxış edən ekspertlər müasir dövrdə müxtəlif zərərli ideologiyaların internet və sosial şəbəkələr vasitəsilə sürətlə yayıldığını, xüsusilə gənclərin bu təsirlərə qarşı daha həssas olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, radikal baxışların formalaşması, dezinformasiya və ideoloji təxribatların genişlənməsi cəmiyyətin təhlükəsizliyinə ciddi risklər yaradır. İştirakçılara zərərli ideologiyaların əsas yayılma kanalları, manipulyasiya üsulları, psixoloji təsir mexanizmləri barədə məlumat verilmiş, həmçinin onlardan qorunmaq üçün effektiv müdafiə strategiyaları izah olunmuşdur.

Bu strategiyalara tənqidi düşünmə bacarığının gücləndirilməsi, etibarlı mənbələrdən məlumat əldə edilməsi və rəqəmsal savadlılığın artırılması daxildir. Tədbir interaktiv şəkildə keçirilmiş, gənclər mövzu ilə bağlı fikirlərini bölüşmüş və moderator onların suallarını cavablandırmışdır. Sonda vurğulanmışdır ki, bu cür maarifləndirici görüşlərin davamlı təşkili gənclərin ideoloji təsirlərdən qorunmasına və sağlam düşüncəli, milli dəyərlərə bağlı vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.

 “Tarix ideoloji cəbhədə” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tarix sahəsində Maarifləndirməyə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilir.
 

Seçilən
12
qht.az

1Mənbələr