AZ

Husilər Təl-Əvivə ballistik raketlərlə hücum etdi

Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə obyekti hipersəs ballistik raketlərlə vurduqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

O, hücumun məqsədini Fələstin xalqına dəstək adlandırıb: "Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib. Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik".

Qeyd edək ki, məsələ ilə bağlı İsrail tərəfindən rəsmi açıqlama verilməyib.

Seçilən
49
8
sitat.info

10Mənbələr