AZ

Taksilərə YENİ QADAĞA – “Bu, tamamilə qanunsuzdur!”

“Bu addım azad bazara müdaxilədir və haqsız rəqabətdir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da taksi xidmətləri bərabərhüquqludur. Onların hansısa birinə hava limanından sərnişindaşıma icazəsi verib, digərlərini məhdudlaşdırmaq birbaşa haqsız rəqabət mühiti yaratmaqdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, bu, yalnız 1 taksi xidmətinə verilən qanunsuz üstünlükdür:

“Bu addım azad bazara müdaxilədir və haqsız rəqabətdir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da taksi xidmətləri bərabərhüquqludur. Onların hansısa birinə hava limanından sərnişindaşıma icazəsi verib, digərlərini məhdudlaşdırmaq birbaşa haqsız rəqabət mühiti yaratmaqdır. Bu, yalnız 1 taksi xidmətinə verilən qanunsuz üstünlükdür. Necə ola bilər ki, mən digər taksi xidmətindən istifadə edərək, aeroporta gələ bilərəm, amma aeroportdan şəhərə qayıda bilmərəm. Bunun özü absurddur”.

Hüquqşünas qeyd edib ki, bu məhz qiymət məsələsidir:

“Aydındır ki, bu məhz qiymət məsələsidir. Mənim özüm də bu il “badımcan” taksidən istifadə etmişəm. Həmin taksi məni hava limanından Əhmədliyə təxminən 50 manata apardı. Mən taksimetrdəki rəqəmi görəndə gözümə inanmadım. Buna görə də, bu məsələni kimsə mütləq qaldırmalıdır. Hətta dövlət başçısı yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də şikayət etmək olar. Həmçinin vətəndaşlardan kimsə məhkəməyə də verə bilər. Bu tamamilə qanunsuzdur”.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulması ilə bağlı məlumatlar yayılıb. Belə ki, məlumatlara əsasən, "Uber", "Bolt" və tətbiqlə sifariş qəbul edən digər sürücülərə məhdudiyyət tətbiqi ilə bağlı xəbərdarlıq bildirişləri göndərilib. Qeyd edilib ki, hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Aeroportdan sərnişinləri yalnız aeroportun rəsmi taksiləri apara biləcək.

Nazim Hacıyev

Seçilən
6
3
turkustan.az

4Mənbələr