AZ

Ərdoğanın Baş müşaviri Hamdi Kılıç vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Hamdi Kılıç dünyasını dəyişib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, uzun sürən xəstəlikdən əziyyət çəkən Kılıç bu gün Ankarada vəfat edib.

Onun ölüm xəbəri siyasi dairələrdə və ictimaiyyət arasında dərin kədər doğurub.

Kılıçın vəfatı ilə bağlı AK Partiyasının Baş katibi Eyyüb Kadir İnan sosial media hesabında paylaşım edərək mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Kənan
Milli.Az

Seçilən
24
11
milli.az

10Mənbələr