Müəllif:Mehin Qasımova,Banco.az
G7-yə üzv ölkələrin maliyyə nazirləri Ukraynaya dəstəyin artırılması mexanizmlərini öyrənmək barədə razılığa gəliblər .
Banco.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb .
“G7-nin nazirləri Ukraynaya maliyyə dəstəyini daha da artıracaq digər mexanizmləri araşdırmaq barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
G7-yə üzv ölkələrin maliyyə nazirləri də Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək məqsədilə istifadə edilməsinə dair danışıqları sürətləndirməyə razılaşıblar .
ABŞ bu çağırışı daha əvvəl etmişdi.