AZ

İstanbul-Bakı reysində kokain aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsindən verilib.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan qadın sərnişin gömrük yoxlamasına cəlb olunub. Onun üzərindən ümumi çəkisi 153,551 qram olan kokain aşkar edilib. Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitəni ölkəyə gətirən qadın və cinayətdə iştirak şübhəsi olan iki şəxs saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırmalar davam etdirilir.

Seçilən
5
sia.az

1Mənbələr