AZ

Kamçatkada sunami təhlükəsi aradan qaldırıldı - YENİLƏNDİ

BAKI, 13 sentyabr. TELEQRAF

Rusiyanın şərqində yerləşən Kamçatka yarımadası sahillərində elan olunan sunami təhlükəsi ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kamçatka diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, əhalinin yaşadığı ərazilərə yaxın dalğaların yaxınlaşması qeydə alınmayıb və insanların təxliyəsinə ehtiyac olmayıb.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə 06:37-də Kamçatkada 7,5 maqnitudalı zəlzələ baş vermişdi.

***

07:38

Kamçatkada 7,5 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 123 km məsafədə, yerin 46,8 km dərinliyində qeydə alınıb.

ABŞ-nin Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) sunami təhlükəsi elan edib.

Seçilən
57
7
teleqraf.com

8Mənbələr