AZ

DOST Agentliyi bir ildə 6 bahalı maşın alıb: Daha birini isə 56 minə sifariş edib – ARAŞDIRMA

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) tender müsabiqəsi elan edib. Tribunainfo.az xəbər verir ki, onun nəticəsi oktyabr ayında bəlli olacaq.

Məsələ belədir ki, DOST Agentliyi 1 ədəd sedan tipli avtomobil almaq fikrindədir. Xidməti nəqaliyyat vasitəsi olaraq maşının yeni və bütün müasir stadartlara cavab verməsi nəzərədə tutulub. Bunun üçün isə 56 min 550 manat xərcləməyi planlaşdırıb.

Tribunainfo.az məsələ ilə bağlı açıq mənbələr üzərindən kiçik bir araşdırma aparıb. Məlum olub ki, ötən ilin mayından indiyə qədər DOST Agentliyi eyni məqsədli daha üç tender keçirib. Belə ki, ötən ilin son iş günündə Agentlik “TOYOTA ABSHERON MERKEZI” MMC-dən 82 min 600 manata iki ədəd sedan tipli xidməti maşın alıb.

Həmin ilin 25 dekabrında isə minivan tipli nəqliyyat vasitələrinin satınalınması ilə əlaqədar “AUTOUNİVERSAL” MMC ilə razılaşma əldə olunub. Bu dəfə 166 min manatlıq maşın alınıb.

Amma qurum bundan öncə, yəni ötən ilin mayında 3 ədəd Pikap tipli maşın da alıbmış. Araşdırma zamanı bəlli olub ki, DOST “Yeni Motor” MMC ilə bu məsələdə 171 min manata anlaşıb.

Maraqlıdır ki, bunca bahalı maşınlar DOST-a nəyə lazımdır? Halbuki buna qədər Agentlik Neftçalada istehsal olunan “Khazar” markalı avtomobilləri daha münasib qiymətə əldə etmişdi. Olmaya müdriyyət ucuz və brend olmayan maşınlarda gəzə bilmir?

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Seçilən
18
1
tribunainfo.az

2Mənbələr