AZ

ADSEA ADB ilə saziş imzalayıb

Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ölkənin ən böyük obyektlərindən biri olan Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu üçün Dövlət-Özəl Tərəfdaşlığı (PPP) çərçivəsində Texniki Yardım Sazişi imzalayıblar. SİA xəbər verir ki, sənəd ADSEA-nın sədri Zaur Mikayılov və ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında keçirilən görüşdə təsdiqlənib.

Saziş, bu ilin əvvəlində duzsuzlaşdırma zavodunun uğurla tenderə çıxarılmasından sonra Azərbaycanda hazırlanmış ikinci PPP layihəsi hesab olunur.

Görüş zamanı Azərbaycanda dövlət–özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub və ADB ilə potensial Texniki Yardım layihələri təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 25 dekabr 2023-cü ildə Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Gələcəkdə Hövsan Aerasiya Stansiyasındakı sutəmizləyici qurğuların gücünün 200 min kubmetrə qədər artırılması planlaşdırılır.

Seçilən
22
8
sia.az

9Mənbələr