Litvada idman jurnalistləri arasında keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan komandası qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq 1/4 finala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, turnirdə 14 ölkənin komandası iştirak edir.
Qrup oyunlarında uğurlu nəticələr göstərən təmsilçimiz növbəti mərhələdə ev sahibi Litva komandası ilə qarşılaşacaq. Oyun sentyabrın 13-də, Bakı vaxtı ilə saat 12:30 da başlayacaq.
saytlarin hazirlanmasi