AZ

Sevgilisini qardaşı ilə birgə öldürüb intihar etdi

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Türkiyədə kişi sevgilisini və onun qardaşını öldürərək, intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin Kartepe qəsəbəsində baş verib.

37 yaşlı Erhan Derse qardaşı 23 yaşlı Abdullah Barış Genç ilə alış-verişdən gələn sevgilisi 35 yaşlı İpek Gençlə dalaşıb. Dava zamanı Erhan tapança ilə əvvəlcə bacı-qardaşı, sonra da özünü güllələyib. Yaralılar xəstəxanaya çatdırılsa da, heç birini xilas etmək mümkün olmayıb.

Məlumata görə, davaya səbəb qadının Erhandan ayrılmaq istəməsi olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
lent.az

1Mənbələr