AZ

Husilər Təl-Əvivə hipersəs raket zərbəsi endirdiklərini açıqlayıb

Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raket hücumu həyata keçirdiklərini açıqlayıb.

Bakıvaxtı.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

"Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib", – o deyib.

Sariyanın sözlərinə görə, hücumun məqsədi Fələstin xalqına dəstək olub.

"Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik", - o əlavə edib.

Seçilən
25
8
bakivaxti.az

10Mənbələr